Bildiyiniz kimi dünya artıq internet vasitəsi ilə çox kiçik hala düşüb, istədiyiniz vaxt istədiyiniz məlumatı ala bilirsiniz. Bunun üçün sizin İT şəbəkəniz sürətli və təhlükəsiz olmalıdır. Data Line sizə bu mövzuda şəbəkə sistemlərinin ilkin hissəsi olan kabelləşmə işindən başlayaraq, ən üst cihazların sazlanmasına qədər olan bütün işləri tam, sürətli və təhlükəsiz şəkildə yerinə yetirə bilər. Biz şirkət olaraq bu movzuda sertifikatlı mühəndislərimizlə işi layihələndirib sizin razılığınızı alandan sonra operativ şəkildə işi icra edib, təhvil veririk. Muasir test cihazları ilə şəbəkəni test edib nəticələrini təqdim edirik.


Data Line aşığıdakı şəbəkə həllərini müştərilərə təklif edir:


• LAN şəbəkələrinin (simli və simsiz - WiFi local şəbəkələr) tətbiqi;
• WAN şəbəkələrinin (korporativ şəbəkələr) tətbiqi;
• İnformasiya sistemlərinin resurslarına məsafədən çıxışın təşkil edilməsi;
• Çoxfunksiyalı korporativ şəbəkələrin tətbiq edilməsi;
• Telekommunikasiya şəbəkə infrastrukturlarının yaradılması və müasirləşdirilməsi;
• Avadanlığa texniki dəstək;