İnformasiya sisteminin qurulması və idarə olunması üzrə işlərin kənar təşkilata həvalə olunmasıdır. Təkcə böyük şirkətlərin deyil, eyni zamanda orta və kiçik biznes nümayəndələrinin də yüksək səviyyədə qurulmuş informasiya texnologiyalarının infrastrukturuna ehtiyacı vardır. Bunun üçün isə kifayət qədər vəsait tələb olunur. Bu zaman İT Autsorsinq xidmətindən faydalanmaq sərfəlidir.


IT Autsorsinqin üstünlükləri:


Keyfiyyətli xidmət


• Data Line şirkəti göstərdiyi xidmətlərin keyfiyyətinə və icra müddətinə görə maddi məsuliyyət daşıyır.
• Biz müştərilərimizə həftənin 7 günü 24 saat ərzində fasiləsiz və operativ xidmət göstəririk.
• Komandamız İnformasiya Texnologiyalarının müxtəlif istiqamətləri üzrə ixtisaslaşmış peşəkarlardan təşkil olunmuşdur və bu bizə istənilən problemi daha tez və dəqiq həll etməyə imkan yaradır.

Maliyyə, vaxt və şəxsi resurslara qənaət


• IT Autsorsinq xidmətlərinin dəyəri, daimi işçinin əmək haqqından daha aşağıdır.


• Ofisdə daimi işçi üçün yer ayırmağa ehtiyac yoxdur.


• Əmək müqaviləsi bağlamırsınız.


• Əmək haqqından vergi ödəmirsiniz


• Kompüter, proqram təminatı və ofis texnikasının alınması, çatdırılması və quraşdırılması, ofis texnikasının təmiri , kartriclərin doldurulması, mini ATS-in köklənməsi, vebsaytın yenilənməsi və bunun kimi digər xidmətlər üçün müxtəlif təşkilatlara müraciət etmənizə ehtiyac yoxdur. Biz Sizin vaxtınıza qənaət etmək üçün bu işləri öz öhdəliyimizə götürməyə hazırıq


• Kompüter və ofis texnikasını, proqram təminatını topdanşatış qiymətlərlə əldə edirsiniz. Alınmış texnikaya zəmanət verilir.



Data Line şirkəti qəbul olunmuş müraciətlərin icra müddətinə və göstərilmiş xidmətin keyfiyyətinə görə öhdəlik götürən və maddi məsuliyyət daşıyan bir şirkətdir