Əksər işçilərin səmərəli fəaliyyəti serverin etibarlı və fasiləsiz işindən asılıdır. Serverlərdə yaranmış problem İNTERNET şəbəkəsinə çıxışın itməsinə, elektron poçt sisteminin dayanmasına və qiymətli məlumatların itməsinə səbəb ola bilər.Bu səbəbdən serverlərə və sistem proqram təminatına peşəkarlar tərəfindən daimi xidmət göstərilməlidir.


Data Line şirkətinin Texniki Dəstək Qrupunda serverlərin və sistem proqram təminatının idarə olunması üzrə ixtisaslaşmış, zəngin bilik və təcrübəyə malik peşəkarlar fəaliyyət göstərir. Belə peşəkarların daimi işə qəbul olunması çox baha başa gəlir. Bu səbəbdən serverlərin və sistem proqram təminatının idarə olunması üzrə işlərin, bu işlər üzrə ixtisaslaşmış İT şirkətə həvələ olunması təşkilat üçün daha səmərəlidir.

Data Line şirkəti “Serverlərin və sistem proqram təminatının idarə olunması” xidməti çərçivəsində aşağıdakıları təmin edir:

•Server avadanlıqlarının və sistem proqram təminatının monitorinqi.


•Nasazlıqların diaqnostikası.

•Avadanlıqların işindəki nasazlıqların aradan qaldırıması üçün təkliflərin hazırlanması


•Avadanlıqlar üzrə müntəzəm texniki xidmətin aparılması


•Sistem proqram təminatının yazılması və köklənməsi


•Sistem proqram təminatının yenilənməsi və patçların yazılması


•Sistem proqram təminatının işinə dair məsləhətlərin verilməsi


•Sistem proqram təminatının qəzadan sonra işçi vəziyyətinin bərpa olunması


•Serverlərdə şəbəkə hücumlarına və viruslara qarşı müdafiə sisteminin qurulması və idarə olunması


•Məlumatların və sistem proqram təminatının ehtiyat surətlərinin çıxarılması

Xidmət göstərilməzdən əvvəl Sifarişçinin server kompleksində ilkin araşdırma aparılır. Araşdırmanın nəticələrinə əsasən serverin təkmilləşdirilməsi üçün müxtəlif təkliflər hazırlanır və Sifarişçiyə təqdim edilir. Bu zaman Sizin istəklərinizi və mütəxəssislərimizin tövsiyyələrini nəzərə alaraq ən sərfəli variantda Sizin probleminiz həll olunur.

Serverlərin idərə olunması əsasən məsafədən idarəetmə vasitəsi ilə həyata keçirilir. Məsafədən idarəetmə vasitəsi ilə tam xidmət göstərmək mümkün olmadıqda Sifarişçinin ünvanına İT Administrator göndərilir.