SERVER-Böyük həcmdə informasiyanın emalı üçün nəzərdə tutulmuş və sutka ərzində xüsusi informasiya xidmətlərinin fasiləsiz işini təmin edən xüsusi kompüterdir. Server- istifadəçilərin İNTERNET şəbəkəsinə çıxışının təmin olunması və idarə edilməsi, elektron məktubların göndərilməsi və qabul edilməsi, məlumatların saxlanılması və onlardan istifadə qaydalarının müəyyən edilməsi kimi işləri yerinə yetirir.
Domain controller-Domain içərisindəki istifadəçi hesabları Active directory verilənlər bazasında tutulur.İstifadəçilər bu məlumatlar sayəsində domaine qoşula bilirlər. Active Directory verilənlər bazasının üzərində olduğu maşına DC (Domain Controller) deyilir.Dc səlahiyyətlərin verilməsini, idarəsini ve kimlik doğrulamalarını təmin edir.Admin tərəfdən yanaşarsaq Domain admins grupuna üzv istifadəçilər domain içərisindəki bütün obyektlər üzərində tam səlahiyyətə sahibdirlər.
File Server-böyük həcmdə yaddaşa malik və fayl əməliyyatlarının (faylların yazılmazı/oxunması) icrası üçün optimallaşdırılmış xüsusi kompüterdir. Fayl Serverin əsas təyinatı istənilən formatda olan (doc, xls, mp3, jpg, pdf və s.) faylları saxlamaq və onların təhlükəsizliyini təmin etməkdir.İri şəbəkələrdə fayl server xüsusi “şəbəkə əməliyyat sistemi ” vasitəsi ilə idarə olunur.
FTP server-FTP’nin açılımı File Transfer Protocol’dur; yəni Verilənlərin Transfer Protokolu. Adından anladiğımız kimi bu serverlər bizə verilənləri təqdim edirlər. Məsələn bir kompyuter firmasi yeni bir avadanlığının sürücü və pulsuz yazılımlarını istifadəçilərə FTP server üzərindən göndərə bilər.Web səhifələrindən fayl endirməkdən fərqi ondadır ki, FTP server xətt qırılması kimi hallarda yarıda qalan fayl qaldığı yerdən ednirməyə imkan verir, fərqli bir protokol olaraq daha surətli fayl endirməyə imkan verir eyni zamanda iki istiqametli olduğu üçün istifadecinin ftp serverlərinə fayl göndərməsini də təmin edir..
Web server-Web server internet üzərində bir web səhifəsinin yayınında məsuliyyet daşıyan serverdir. Web server, Hostingi internet protokolu vasitəsi ilə təqdim edən bir serverdir.Hosting isə Web səhifələrini internette yayınlamak üçün gərəkli sahənin kirayələnməsidir. Digər bir ifadə ilə hosting, bir Web səhifesinde yayımlanmak istənilən səhifələrin, rəsimlərin veya dokumentlərin internet istifadəçiləri tərəfindən çata biləcəyi bir kompyuterdə tutulmasıdır.
Mail server-elektron məktubların bir kompüterdən digər kompütrə ötürülməsini təmin edən xüsusi kompüter proqramıdır. Bir çox hallarda şirkətlər digər təşkilatların (İNTERNET provayderin, Hosting provayderin) “mail server” –indən istifadə etdirlər. Lakin təşkilatda şəxsi mail serverin quraşdırılmasının bir sıra üstünlükləri var. Bu üstünlüklərdən aşağıdakıları sadalamaq olar:
•Elektron məktubların göndərilməsinə və qəbuluna tam nəzarət edə bilmək imkanı
•İstənilən sayda poçt qutusu yaratmaq
•Limitsiz sayda elektron məktub göndərmək
•Göndərilən və qəbul edilən bütün məktubların ehtiyyat surətinin çıxartmaq (mail backup)
Firewall & Proxy (vasitəçi) Server-Firewall'un əsas məqsədi şəbəkəyə zərər vermək yada sızmaq istəyənlərə maneə törətməkdir. Ümumi olaraq şirkətlər və məlumat mərkəzləri üçün firewall tez-tez istifadə edilən bir təhlükəsizlik metodudur. Fırewallar təhlükəsizlik və nəzarət üçün bir növ keçid nöqtəsi meydana gətirir. Proxy , internetə giriş əsnasında istifadə edilən bir ara serverdir. Bu vəziyyətdə, məsələn bir şəbəkə səhifəsinə giriş əsnasında birbaşa əlaqə yerinə Skaner proxy serverə bağlanır və hansı səhifəni istədiyini söyləyir. Proxy server lazımdırsa o səhifəyə bağlanır və məzmunu alır Proxy server skanerə məzmunu göndərir Kompüter şəbəkələrində, bir proxy server digər serverlərdən qaynaqları istəyən istifadəçilərin tələbləri üçün bir vasitə kimi davranan serverdir.
Antivirus server-bu gün ki şərtlərdə heç bir kopyuteri antivirus proqramı olmadan təsəvvür etmək mümkün deyil.Antivirus serverlər isə bizə bütün kopyuterlərə antivirus yazmaq əvəzinə hamısıni bir mərkəzdən idarə etmək imkanı verir.Bu serverdən istifadənin də öz novbəsində -daha aşağı maaliyyətlə antivirus problemini aradan qaldırmaq,heç bir istifadəçinin bu xidmətdən kənar qalmadığna əmin olmaq və vaxta qənaət etmək-kimi bir sıra üstünlükləri vardır
DB server-kompyuterdəliverilınərin bəlli bir düzən içində tutulduğu,bəlli bir system daxilində çıxış imkanı olan,idarə oluna bilən,update edilə bilən və biri biriləri ilə əlaqə qura bilən verilənərdən ibarət bir sistemin yerləşdiyi serverdir.
Terminal server -şəbəkə mühitində olan client kompüterlərin üzərindəki istifadəçilərə, terminal server kompüterində yüklü olan windows əsaslı proqramlara uzaqdan giriş imkanı təmin etməkdədir. Client kompüterlər üzərində olan istifadəçilər, terminal server sayəsində server kompüterinə uzaqdan əlaqə reallaşdırarlar və server üzərindəki qaynaqları asanlıqla istifadə edir. Terminal serverin bizə təmin etdiyi faydalar şəbəkə mühitində olan client kompüterlərə uzaqdan əlaqə reallaşdıraraq asan bir şəkildə rəhbərliyini təmin etmək. Sistem Adminləri'nin iş yükünü azaltmaq. Networkdə çıxa biləcək problemlərə sürətli bir şəkildə həll tapmaq. Sistemi daha asan bir şəkildə kontrol altında tutmaq.
Print Server-təşkilatlarda printerin kollektiv istifadəsinə imkan yaradan xüsusi cihazdır. Print server vasitəsi ilə bir printerdən həm simli həm də simsiz (wi-fi) şəbəkənin istifadəçiləri ortaqlı istifadə edə bilərlər. Bundan başqa şəbəkəyə qoşulmuş adi kompüterdəndə print server kimi istifadə etmək mümkündür. Bunun üçün proqram təminatı vasitəsi ilə kompüterə qoşulmuş printerlərə, şəbəkə vasitəsi ilə digər istifadəçilərin istifadə edə bilməsi üçün icazə vermək lazımdır.
Share point-Təşkilatlar SharePoint vasitəsilə daxili web saytlar yaratmaq üçün istifadə edir. Siz bütün cihazlardaki məlumatları saxlamaq, redaktə etmək, paylaşmaq və bunlara qoşulmaq üçün etibarlı bir yer olaraq istifadə edə bilərsiniz. Sizə tək lazım olan, Internet Explorer, Chrome və ya Firefox kimi bir web brauzerdir.
Esxi virtualization-ESXi virtuallaşdırma proqramlarından (Nümunə. Workstation) vərdiş etdiyimiz şəklin əksinə, istifadə etdiyimiz əməliyyat sistemi üzərinə qurula bilər bir sistem deyil. ESXi linux əsaslı öz başına bir əməliyyat sistemidir.Beləliklə Esxi bizə - bir maşın resurlarından istifade edərək bir neçə serveri qurmaqla resursa qənaet etmək və Linux əsaslı bir sistem olduğu üçün yuksək təhlükəsizlik –imkani verir
Hyper-V Virtualization-Microsoft Hyper-V,Viridian şərti adındakı daha əvvəl Windows Server Virtualization olaraq bilinən 64bitli kopmyuterlər üçün hypervisor əsaslı bir virtuallaşdırma sistemidir.Birdən çox server rolunu tək bir fiziki ana maşında çalışan ayri məntiqi(virtual) maşınlar olaraq birləşdirərək server avadanlqlarına və resurslarına qənaət etmək için istifade edilir.Hyper-V sayəsində, Windows dan başqa Linux və sairə kimi əməliyyat sistemləri de daxil olmaqla bir neçə əməliyyat sistemini məhsuldar şəkildə bir serverde istifadə etmək mümkündür.
Data Line aşığıdakı şəbəkə həllərini müştərilərə təklif edir:
• LAN şəbəkələrinin (simli və simsiz - WiFi local şəbəkələr) tətbiqi;
• WAN şəbəkələrinin (korporativ şəbəkələr) tətbiqi;
• İnformasiya sistemlərinin resurslarına məsafədən çıxışın təşkil edilməsi;
• Çoxfunksiyalı korporativ şəbəkələrin tətbiq edilməsi;
• Telekommunikasiya şəbəkə infrastrukturlarının yaradılması və müasirləşdirilməsi;
• Avadanlığa texniki dəstək;