Kompüterlərə xidmət
Kompüterlərin etibarlı və fasiləsiz işi, təşkilatın uğurlu fəaliyyəti üçün vacib şərtdir. Bu gün kompüterlər çoxlu sayda funksiyaları icra edirlər və onların xarab olması satış şöbəsinin, mühasibatlığın və hətta bütün təşkilatın faəliyyətini ən uyğun olmayan anda dayandıra bilər.
Bu сür halların qarşısını almaq üçün DATALINE şirkəti aşağıdakı xidmətləri təklif edir:
• Kompüter və avadanlıqların xarab olmasının və aşınmasının qarşısını alan profilaktik tədbirlərin
aparılması
• Kompüterlərin və periferiyaların (printer, skaner, faks və s.) operativ təmiri və
dəyişdirilməsi
• İstifadəçilərə kompüterə, proqram təminatına və digər avadanlıqlara aid konsultasiyaların
verilməsi
• Nasazlıqların diaqnostika olunması, proqram təminatında və avadanlıqlarda problemlərin aradan
qaldırılması və məsləhətlərin verilməsi
• Virus yoluxmuş kompüter və notbukların diaqnostikası və müalicəsi
• İstismar olunnan avadanlıqların yenilənməsi ilə bağlı təkliflərin hazırlanması
• Ofis daxilində işçilərin yerdəyişməsi zamanı kompüterlərin demontaj olunması, köçürülməsi və
montaj olunması
• Priterlərin, faksların və kseroks aparatlarının tükənən materiallarının dəyişdirilməsi
• Periferiyaların qoşulması və köklənməsi
• Mini ATS -lerin satışı, qurulması, montajı, proqramlaşdırılması
• Viruslardan və xakerlərdən müdafiə sisteminin yaradılması
• Kompüterlərin köklənməsi və avadanlıqların yenilənməsi (upgrade)
• Proqram təminatının köklənməsi və yenilənməsi
Yuxarıda sadalanmış xidmətlərə ehtiyac yarandığı halda DATALINE şirkətinin əməkdaşları ilk olaraq məsafədən idarəetmə vasitələrinin köməyi ilə xidmət göstərirlər. Əgər bu üsulla tam xidmət göstərmək mümkün deyilsə, Sifarişçinin ünvanına İT mütəxəssis göndərilir.