
Serverlərin İdarə Olunması
Data Line şirkətinin Texniki Dəstək Qrupunda serverlərin və sistem proqram təminatının idarə olunması üzrə ixtisaslaşmış peşəkarlar fəaliyyət göstərir.
Belə peşəkarların daimi işə qəbul olunması çox baha başa gəlir. Bu səbəbdən serverlərin və sistem proqram təminatının idarə olunması üzrə işlərin, bu işlər üzrə ixtisaslaşmış İT şirkətə həvalə olunması təşkilat üçün daha səmərəlidir.
Təmin edilən xidmətlər
Server avadanlıqlarının və sistem proqram təminatının monitorinqi
Nasazlıqların diaqnostikası
Avadanlıqların işindəki nasazlıqların aradan qaldırılması üçün təkliflərin hazırlanması
Avadanlıqlar üzrə müntəzəm texniki xidmətin aparılması
Sistem proqram təminatının yazılması və köklənməsi
Sistem proqram təminatının yenilənməsi və patçların yazılması
Sistem proqram təminatının işinə dair məsləhətlərin verilməsi
Sistem proqram təminatının qəzadan sonra işçi vəziyyətinin bərpa olunması
Serverlərdə şəbəkə hücumlarına və viruslara qarşı müdafiə sisteminin qurulması və idarə olunması
Məlumatların və sistem proqram təminatının ehtiyat surətlərinin çıxarılması
Xidmətin göstərilmə prosesi
İlkin araşdırma
Xidmət göstərilməzdən əvvəl Sifarişçinin server kompleksində ilkin araşdırma aparılır.
Təkliflərin hazırlanması
Araşdırmanın nəticələrinə əsasən serverin təkmilləşdirilməsi üçün müxtəlif təkliflər hazırlanır və Sifarişçiyə təqdim edilir.
Xidmətin göstərilməsi
Serverlərin idarə olunması əsasən məsafədən idarəetmə vasitəsi ilə həyata keçirilir.
Serverlərinizin etibarlı və fasiləsiz işi üçün Data Line şirkətinə güvənə bilərsiniz. Peşəkar komandamız 7/24 dəstək xidməti ilə yanınızdadır.
ƏLAQƏ
© 2026 Dataline MMC. Bütün hüquqlar qorunur.
